AZ

Bakıda işlədiyi evdən 30 min manatlıq oğurluq edən şəxs ələ keçib

Bakı. Trend:

Xəzər rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindənməlumat verilib.

Bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən evlərinbirindən müxtəlif zamanlarda ümumilikdə 30 min manat dəyərindəqızıl-zinət, məişət və geyim əşyaları oğurlayıb.

Bu barədə zərərçəkən polisə müraciət edib.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin evdə çalışan 29yaşlı N.İbrahimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Seçilən
15
31
az.trend.az

10Mənbələr