AZ

Naxçıvanın enerji sistemi beynəlxalq standartlara uyğunlaşdırılır (FOTO)

Bakı. Trend:

Dövlət başçısının müəyyən etdiyi strateji hədəflərə uyğunolaraq, “AzərEnerji” Naxçıvan Muxtar Respublikasında enerjiinfrastrukturunu köklü şəkildə yeniləyir, rəqəmsal və intellektualidarəetməyə əsaslanan müasir enerji sistemi qurur.

Trend qurumaistinadən xəbər verir ki, layihə çərçivəsində regionun enerjitəchizatında mühüm rol oynayan 110 kilovoltluq “Naxçıvan”, 154kilovoltluq “Babək” və kilovoltluq “Çeşməbasar” yarımstansiyalarıtam yenidən tikilir və işlər yekun mərhələyə çatıb.

Vurğulanıb ki, xüsusilə “Naxçıvan” yarımstansiyası regionda ilkqapalı tipli yarımstansiya olaraq inşa edilir ki, bu datəhlükəsizlik və operativ idarəetməni əhəmiyyətli dərəcədəartıracaq.

Bildirilib ki ,eyni zamanda enerji sistemininrəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılır:“AzərEnerji” tərəfindən Regional Rəqəmsal İdarəetmə Mərkəzinintikintisi davam edir, mövcud stansiya və yarımstansiyalar vahidSCADA şəbəkəsinə inteqrasiya olunacaq. Bu yeniliklər enerjişəbəkəsinin məsafədən operativ və tam rəqəmsal idarə olunmasınıtəmin edəcək.
Ötürücü şəbəkə də mərhələli şəkildə yenilənir. Ötən əsrin 50-ciillərindən qalan 110 kilovoltluq hava xətləri müasir ötürmə xətləriilə əvəz edilir. İlkin mərhələdə ümumi uzunluğu 69 km olan “Culfa”,“Ordubad-1” və “Ordubad-2” elektrik verilişi xətləri ikidövrəliolmaqla yenidən qurulub. Bundan əlavə, yaşayış ərazilərindən keçənbəzi hava xətlərinin 5,2 km-lik hissəsi müasir şəhər üslubuna uyğunolaraq yeraltı kabel xətləri ilə əvəz olunur".

Qurumdan qeyd edilib ki, Naxçıvanın ölkənin əsas enerji sistemiilə birləşdirilməsi və Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizininformalaşdırılması istiqamətində də işlər sürətlə davam edir: "Buçərçivədə Cəbrayıldan başlayaraq, ikidövrəli olmaqla 1000 meqavatyükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikliötürmə xətti inşa olunur. Layihənin növbəti mərhələsində Zəngəzurdəhlizini keçməklə 44 km məsafədə əlavə ötürmə xətti inşa ediləcək.Bununla da Naxçıvanın beynəlxalq enerji dəhlizində strateji mövqeyiən yüksək səviyyəyə çatdırılacaq".

Naxçıvanın
Naxçıvanın
Naxçıvanın
Naxçıvanın
Məqalədə:
Seçilən
28
50
az.trend.az

10Mənbələr