AZ

AFCA-nın gələcək beynəlxalq tədbirlərindən biri Azərbaycanda keçirilə bilər (FOTO)

Bakı. Trend:

Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbər heyəti Çin XalqRespublikasına rəsmi səfəri çərçivəsində Asiya Maliyyə ƏməkdaşlıqAssosiasiyasının (Asian Financial Cooperation Association – AFCA)rəhbərliyi ilə işgüzar görüş keçirib.

Trend xəbərverir ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM)təşkilatçılığı ilə baş tutan görüşdə ölkəni ABA-nın prezidentiZakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, baş iqtisadçısıƏzizağa Haxverdiyev və Azərbaycanın aparıcı banklarınınnümayəndələri təmsil ediblər.

Görüşü giriş nitqi ilə açan ABA prezidenti Zakir Nuriyev vəAFCA-nın rəhbərliyi iştirakçıları salamlayaraq, iki ölkənin maliyyəinstitutları arasında qurulan əməkdaşlığın strateji əhəmiyyətinivurğulayıblar. Tədbir zamanı AFCA rəhbərliyinə Azərbaycanın mövcudmakroiqtisadi vəziyyəti, maliyyə sabitliyi göstəriciləri və banksektorundakı müasir trendlər barədə ətraflı məlumat verilib. Eynizamanda, ABA-nın fəaliyyət istiqamətləri, üzv banklara göstərilənxidmətlər və beynəlxalq tərəfdaşlıq layihələri diqqətəçatdırılıb.

Görüşün əsas nəticələri:

Rəsmi Üzvlük Müraciəti: Tədbirin sonunda Azərbaycan BanklarAssosiasiyasının AFCA-ya üzv qəbul edilməsi ilə bağlı rəsmimüraciətin imzalanması mərasimi keçirilib.

Təcrübə Mübadiləsi: Tərəflər arasında birgə layihələrin icrası,qarşılıqlı təcrübə və məlumat mübadiləsinin genişləndirilməsiməsələləri ətrafında razılıq əldə olunub.

Regional Əməkdaşlıq: AFCA-nın gələcək beynəlxalq tədbirlərindənbirinin Azərbaycanda keçirilməsi ilə bağlı ilkin müzakirələraparılıb. Qeyd olunub ki, belə bir təşəbbüs regional maliyyəəməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi iləyekunlaşıb.

AFCA-nın
AFCA-nın
AFCA-nın
Seçilən
11
9
az.trend.az

10Mənbələr