AZ

TRAMP NATO nu YENƏ AŞAĞILADI “Mən bunu bir sınaq kimi etdim...”

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Vaşinqtonun Şimali Atlantika Alyansı üzrə tərəfdaşlarına İrana qarşı hərbi əməliyyata qoşulmaq barədə çağırışı Amerika rəhbərliyi tərəfindən NATO-nun sınağa çəkilməsindən başqa bir şey deyildi.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "ABC" telekanalına müsahibəsində bildirib.

"Mən bunu bir sınaq kimi etdim. Buna ehtiyacım yoxdur, elə deyilmi? Onlar [NATO] - kağız pələngdir, onların gəmiləri yoxdur, ümumiyyətlə, heç nələri yoxdur", - telekanalın müxbiri Reyçel Skott "X" sosial şəbəkəsində Amerika Prezidentindən sitat gətirib.

Daha əvvəl Tramp bildirmişdi ki, ölkənin NATO-dan çıxması imkanını ciddi şəkildə nəzərdən keçirir. Amerika lideri öz qərarını alyansın İsrail və ABŞ-nin İrana qarşı kampaniyasına qoşulmaması ilə izah edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
43
azpolitika.info

10Mənbələr