Bakı 4 aprel, AZƏRTAC
Türkiyə Superliqasında XXVIII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Qalatasaray" səfərdə "Trabzonspor"un qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbul klubu 64 xalla turnir cədvəlinə başçılıq edir. Qara dəniz təmsilçisi isə 63 xalla ikinci pilləyə yüksəlib.