AZ

PSV-dən çətin qələbə

Niderland Erediviziyasının 29-cu turu çərçivəsində PSV öz meydanında "Utrext" komandasını qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, gərgin və məhsuldar keçən qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyuna zəif başlayan PSV artıq 3-cü dəqiqədə qapısında qol görüb. Bu qolu Artyom Stepanov vurub, ötürməni isə Niklas Vesterlunn edib. Qısa müddət sonra "Utrext" fərqi iki topa çatdırıb – Givay Zexiyel dəqiq zərbə ilə fərqlənib.

Birinci hissənin ortalarında PSV oyuna qayıdıb. İsmayıl Saybari fərqlənərək hesab arasındakı fərqi azaldıb. İkinci hissənin əvvəlində isə o, dubla imza ataraq bərabərliyi təmin edib.

Daha sonra Qus Til meydan sahiblərini hesabda önə çıxarıb. Qarşılaşmanın sonlarında "Utrext" bərabərlik qolunu vurmağı bacarıb. Lakin əlavə olunmuş vaxtda Kouhayb Driuş fərqlənərək PSV komandasına qələbə qazandırıb.

Seçilən
1
3
90deqiqe.az

10Mənbələr