ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 4 aprel, AZƏRTAC
Futbol üzrə Almaniya Bundesliqasında XXVIII tura start verilib.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib.
Lider “Bavariya” səfərdə “Frayburq” üzərində əzmkar qələbə qazanıb. Münxen təmsilçisi 2 top fərqi ilə geri düşsə də, 81-ci dəqiqədən sonra 3 qol vuraraq, yekunda 3:2 hesabı ilə qalib gəlib.
“Bayer Leverkuzen” doğma meydanda “Volfsburq”u darmadağın edib – 6:3. “Maynts” səfərdə “Hoffenhaym”ı, “Leypsiq” “Verder”i 2:1, “Borussiya Dortmund” “Ştutqart”ı 2:0 hesabı ilə məğlub edib.
Günün iki görüşündə qalib müəyyənləşməyib. “Borussiya Münxenqladbax” “Haydenhaym”la 2:2, “Hamburq” isə “Auqsburq”la 1:1 hesablı heç-heçə edib.
Bu nəticələrdən sonra “Bavariya” 73 xalla turnir cədvəlinə başçılıq edir. İkinci pillədə qərarlaşan “Borussiya Dortmund”un 64 xalı var. Hərəyə 53 xalı olan “Leypsiq” və “Ştutqart” müvafiq olaraq, 3-4-cü yerləri bölüşürlər.
Qeyd edək ki, tura aprelin 5-də keçiriləcək 2 oyunla yekun vurulacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.