Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində "Ştutqart" ilə "Borussiya Dortmund" arasında keçirilən qarşılaşma başa çatıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş Dortmund təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın taleyi son dəqiqələrdə həll olunub. 90+4-cü dəqiqədə Karim Adeyemi hesabı açıb. Bundan cəmi iki dəqiqə sonra, 90+6-cı dəqiqədə Yulian Brandt fərqlənərək yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra "Ştutqart" 53 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Borussiya Dortmund" isə 64 xalla ikinci sırada yer alır.
Növbəti turda "Ştutqart" 12 aprel tarixində Hamburq komandasını qəbul edəcək. "Borussiya Dortmund" isə 11 aprel tarixində doğma meydanda "Bayer Leverkuzen" ilə qarşılaşacaq.