AZ

“Bavariya”dan çətin qələbə

Almaniya Bundesliqasının 28-ci turunda “Frayburq” ilə “Bavariya” üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, görüş “Avropa-Park” stadionunda baş tutub. Matçın baş hakimi Daniel Zibert (Berlin) olub.

Ev sahibləri matça yaxşı başlayaraq 46-cı dəqiqədə Johan Manzambi ilə hesabı açıb. 71-ci dəqiqədə Lukas Höler Frayburqun üstünlüyünü ikiqat artırıb. Münhenlilər 81-ci dəqiqədə Tom Bişofun qoluyla fərqi azaltdı, 90+2-ci dəqiqədə isə Bişof ikinci qolunu vuraraq hesabı bərabərləşdirdi. Qələbə qolunu isə 90+9-cu dəqiqədə Lenart Karl vuraraq “Bavariya”ya dramatik səfər qələbəsini qazandırıb – 3:2.

Bu nəticədən sonra “Frayburq” 37 xalla Bundesliqada 8-ci sırada qərarlaşıb. Münhen “Bavariya” isə 73 xalla turnir cədvəlinin lideridir.

Növbəti turda “qartallar” 12 aprel tarixində səfərdə “Maynts”la qarşılaşacaq, Münhen komandası isə 11 aprel tarixində “Zankt-Pauli”nin qonağı olacaq.

Seçilən
10
21
90deqiqe.az

10Mənbələr