AZ

SEPAH Küveytdəki ABŞ obyektlərinə zərbələr endirib Bəhreyndəki “Patriot” vurulub

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki ABŞ obyektlərinə və Bəhreyndəki "Patriot" sistemlərinə zərbələr endirdiyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "Al-Jazeera" SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.

"Raket zərbələrinin 95-ci dalğası zamanı biz Küveytin Bubiyan adasındakı ABŞ obyektlərinə və infrastrukturuna, eləcə də Bəhreyndəki "Patriot" zenit-raket komplekslərinə zərbələr endirdik", - məlumatda bildirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
50
azpolitika.info

10Mənbələr