AZ

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Bakının Binəqədi və Xətai rayonlarının bir hissəsində qaz olmayacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilir ki, saat 10:00-dan etibarən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar Binəqədi rayonu (Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələri, Mədən ərazisi, Baksol yolu, Binəqədi şosesi) və Xətai rayonu (kənd Əhmədli yaşayış sahəsi, M.Hadi və Neapol küçələri) üzrə qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq.

Seçilən
1
16
banker.az

10Mənbələr