AZ

Baba nəvəsinə xəsarət yetirdi

Quba rayonunda 63 yaşlı kişi nəvəsinə xəsarət yetirib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə bu ilin yanvarın 2-də Quba şəhərində baş verib.

1963-cü il təvəllüdlü Kərəm həmin gün saat 11 radələrində yaşadıqları evdə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı nəvəsi Oğuzu (adlar şərti verilib – red.) vuraraq, ona xəsarətlər yetirib.

Kərəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Kərəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Məlahət onun gəlindir: “Məlahət oğlum ilə evli olub və hazırda isə ayrılıblar. Zərərçəkmiş Oğuz isə nəvəmdir. Yanvarın 2-də, saat 11 radələrində evdə olduğumuz zaman nəvəm məni əsəbləşdirdiyi üçün onun sol əlinin üst nahiyyəsindən bir dəfə yumruq zərbəsi ilə vurdum. Həmin zaman barmağımda üzük olduğunu üçün nəvəmin əli yaralandı. Bundan bir neçə gün sonra gəlinim məndən şikayət etdi”.

Seçilən
0
10
publika.az

10Mənbələr