Təbriz şəhər polisi əməliyyat zamanı vətənə xəyanət ittihamı ilə 10 nəfəri həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə Şərqi Azərbaycan Polis Məlumat Mərkəzi açıqlayıb.
"Bu xainlərdən 6-sı təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinin və düşmən tərəfindən bombalanan yerlərin foto-videolarını çəkərək düşmən şəbəkələrinə göndərib, təqsirləndirilənlərdən 4-ü isə düşmən üçün casusluq edib", - deyə məlumatda qeyd olunub.
Hesabatda təqsirləndirilən şəxslərdən Starlink peyk cihazı və 4 odlu silahın aşkar edildiyi deyilir.
Ağarza Elçinoğlu