AZ

FİFA pəncərəsi açıq olanda yaxşı rəqiblər istəyirik Ayxan Abbasov

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

Millimiz "FİFA Series"də növbəti oyununa çıxacaq. “Football-plus.az” xəbər verir ki, yığmanın baş məşqçisi Ayxan Abbasov media önünə çıxıb. - İkinci oyunumuza çıxırıq. Evdə oynayacağıq. Rəqib bu dəfə fərqlidi. Reytinq baxımdan bizdən öndədilər. Optimal heyətlə gəliblər. Futbolçuların bir-birinə uyğunlaşması, istək, ciddiyət daha artıq olacaq. Sabah son məşqi edib tam hazır olacağıq. - İlk oyunda yağış problem yaratmışdı.- Düz dediz. Meydança da, hava da ağır oldu. Rəhmandan başqa hamını dəyişdik. Sonradan meydana daxil olanlar da tempi qorudular. - Rəqibin hansı üslübda oynadığını bilmirəm. 4 cümləlik izah edə bilərsən?; Milli komandamız ilk dəfədi Afrika komandası ilə qarşılaşır. Bu da bizim üçün yenilik olacaq. Rəqib reytinqdə bizdən üstündü. Fransa Liqa 1-də oynayanları var. Topla oynamağı bacaran futbolçuları var.- İlk oyunda sonradan meydana daxil olanları sabah startda görə bilərik?- Dəyişiklik olacaq. Fikrimizdə bəlli heyət var. İlk oyunda Aleksey və Anton meydanda olmadı. 3-4 gündən bir oyun olanda hamı hazır olmalıdı. Sabah dəyişiklik olacaq.- Sabahkı oyunda hədəf nə olacaq?- Qələbəyə oynayacağıq. Amma yoldaşlıq görüşlərində inkişaf etmək də vacibdi. Rəsmi oyunlarda dəyişiklik çətindi. - Litva və Lixtenşteynlə oyunlara köməkçilər göndərmisiz?- Yay toplanışında rəqibləri yaxından izləmək planımız var. Ola bilər ki, özüm də gedim. Lixtenşteyn Tanzaniyanı məğlub etdi. Litva və Gürcüstan da oynayır. Əzmkarlıq, ruh, döyüşkənlik vacibdi.- 90 dəqiqə ərzində bərabərlik olsa, uğurlu nəticə kimi hesab etmək olar?- Bu turnirdə bərabərlik olsa, penaltilər seriyası olacaq. Hər bir rəqibə hörmətlə yanaşırıq.- Ayxan Abbasov üçün sabahkı oyunda qələbə nə dərəcədə önəmlidi?- Çox böyük sevincdi. Hər məşqçinin arzusudu. İlin sonuna qədər rəqiblər imkan verir ki, yaxşı statistika çıxaraq. - Müqavilənizin müddəti barədə hələ də məlumat yoxdu…- “Şamaxı” ilə müqaviləm yayda bitir. U-21-də başlanışdıq. Qalan detallar… Bu turnir önəmlidi. Vaxt-zaman lazımdı. İlin sonuna qədər bəlli olacaq.- Güclü rəqiblərlə oynamamaq sonra problem yaratmaz?- Məncə, problem olmaz. Fransa ilə iki dəfə oynamaq iki il bəsdi (gülür). Futbolçular çox əziyyət çəkdi. FİFA pəncərəsi açıq olanda yaxşı rəqiblər istəyirik. Futbolçular da boş dayanmırlar. MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
45
icma.az

10Mənbələr