AZ

İran İordaniyada F-35-lərin yerləşdiyi bazanı VURDU

İran hərbçiləri bazar günü ABŞ qoşunlarının yerləşdiyi İordaniyadakı "Muvaffaq Salti" aviabazasına zərbə endirdiklərini elan ediblər.

Musavat.com xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Hücumun pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirildiyi, əsas hədəflərin isə hərbi texnika və kazarmalar olduğu bildirilir.

İran ordusunun bəyanatında qeyd olunub ki, həmin baza İrana qarşı hava hücumları üçün mühüm platsdarm hesab olunur.

Belə ki, burada ABŞ-a məxsus çoxsaylı döyüş təyyarələri, o cümlədən F-35A, F-15E, F-16 və A-10 eskadronları yerləşdirilib.

Eyni zamanda məlum olub ki, bazar günü İranın ballistik raket zərbələrindən sonra İsrailin Beer-Şeva şəhərindən cənubda yerləşən Neot-Hovav sənaye zonasında güclü yanğın baş verib.

İsrailin fövqəladə hallar xidməti hadisə nəticəsində pestisid sızmasının baş verdiyini təsdiqləyib.

Xəsarət alanlar barədə məlumat verilmir. Hücuma məruz qalan müəssisənin və qonşu zavodların işçiləri təxliyə edilib.

Sakinlərə əraziyə yaxınlaşmamaq, evdə qalmaq və pəncərələri bağlı saxlamaq barədə xəbərdarlıq edilib. "Al Jazeera" isə öz növbəsində hədəf alınan obyektin kimya sənayesi müəssisəsi olduğunu vurğulayıb.

Musavat.com

 

Seçilən
0
50
musavat.com

10Mənbələr