Bakı, 29 mart, AZƏRTAC
Syerra-Leone ilə oyun bizim üçün önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan millisinin üzvü Qismət Alıyev "FIFA Series – 2026" beynəlxalq turnirində keçirəcəkləri ikinci oyun barəsində danışarkən deyib.
O, sözlərinə belə davam edib: "UEFA Millətlər Liqasından əvvəl bu cür oyunlar keçirmək önəmlidir. Uzun müddətdir qalib gələ bilmirdik. Sent Lüsiya ilə matçda uğursuz seriyaya son qoyduq. Sabah da qələbə qazanaraq, bütün Azərbaycan xalqını sevindirmək istəyirik".
Qeyd edək ki, matç martın 30-da saat 19:00-da Sumqayıtda keçiriləcək.
Müxbir - Cavid Əliyev