AZ

3 nəfərin ölümünə səbəb olan klinika rəhbəri yenidən hakim QARŞISINDA

Yasamaldakı çoxmərtəbəli binada 3 nəfərin ölümü ilə bağlı saxlanılan "Loft Dent" klinikasının direktoru Bəhruz Paşayev yenidən hakim qarşısına çıxarılıb. 

Milli.Az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qəbul edilib.

Qərara əsasən, Bəhruz Paşayevin həbs müddəti daha 4 ay da uzadılıb.

Xatırldaq ki, yanğın hadisəsi noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verib.

Hadisə zamanı 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. Eyni zamanda 25 nəfər tüstüdən zəhərlənib.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Noyabrın 23-də hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayev şübhəli şəxs qismində saxlanılıb.

Noyabrın 24-də isə ona qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda)   maddələri ilə ittiham irəli sürülərək təqsirləndirilən şəxs qismində cəlb olunub. 

B.Paşayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi./Unikal.az

Milli.Az

Seçilən
16
4
milli.az

10Mənbələr