AZ

84 vətəndaş təhlükəsiz əraziyə təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri fasiləsiz olaraq davam etdirilir.

Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində 20-si azyaşlı olmaqla ümumilikdə 84 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edilib ki, hazırda FHN-in qüvvələri tərəfindən bu istiqamətdə işlər davam etdirilir.

Seçilən
0
39
publika.az

10Mənbələr