AZ

Sumqayıtda sel suları yarımstansiya və transformator məntəqələrinə dolub

Bir neçə gündür ölkə ərazisində davam edən intensiv xarakterli yağıntılar bir sıra ərazilərdə, eləcə də Sumqayıt Elektrik Şəbəkəsinin (EŞ) bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli məhdudiyyət yaradıb.

 

Bu barədə "Azərişıq" ASC-dən məlumat veriib.

 

Bildirilib ki, buna səbəb leysan xarakterli yağışların yağması nəticəsində yağış sularının ətraf ərazilərə və eləcədə elektrik yarımstansiyalarına, Paylayıcı Qurğulara (PQ), Transformator Məntəqələrinə (TM) dolmasıdır.

 

Qəza halları nəticəsində Sumqayıtda bir neçə küçədə və Corat qəsəbəsində 21-ci məhəllənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranıb.

 

Məlumata görə, intensiv yağışların davam etməsi, bir çox ərazilərdə keçilməz gölməçələrin əmələ gəlməsi və yağış sularının ərazilərdən təmizlənməsi "Azərişıq” ASC əməkdaşlarına əlavə problem yaradır.

 

"FHN əməkdaşlarının köməkliyi ilə “Azərişıq” ASC-nin əməkdaşları yaranan qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. Qabaqlayıcı tədbirlər həyata keçirilir, yağış sularının ərazidən kənarlaşdırılması, eləcə də güc mərkəzlərində təmir-bərpa işləri davam etdirilir. Hissə-hissə ərazilərin elektirk enerjisi ilə təminatı həyata keçirilir", - deyə quurmdan bildirilib.

Seçilən
1
30
qaziler.az

10Mənbələr