AZ

Aylıq normadan 247 faiz çox yağıb

Martın 27-si saat 22:00-a olan məlumata əsasən ölkə ərazisində intensiv yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərdə isə qar yağır.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağış yağır. Yağan yağıntının miqdarı 58 mm qeydə alınır ki, bu da aylıq normanın 247 faizini təşkil edir.

Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi gözlənilir. Martın 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

Seçilən
1
15
unikal.az

10Mənbələr