AZ

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
 
Sitat.info  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, nazirlər Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin daha da irəlilədilməsi istiqamətində müsbət inkişafları məmnunluqla qeyd ediblər.
 
Ceyhun Bayramov və Ararat Mirzoyan həmçinin regional məsələləri və çoxtərəfli platformalar çərçivəsində fəaliyyətləri müzakirə ediblər.
Seçilən
13
37
sitat.info

10Mənbələr