Türkiyə futbol millisi 2026-cı il dünya çempionatının Avropa seçmə mərhələsinin pley-off turunun yarımfinalında Rumıniya yığmasını qəbul edib.
90deqiqe.Az xəbər verir ki, gərgin və mübarizəli keçən qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. Fasilədən sonra isə Türkiyə millisi üstünlüyü ələ alıb. Oyunun 53-cü dəqiqəsində Ferdi Kadıoğlu rəqib qapısından keçərək komandasını önə çıxarıb.
Matçın qalan hissəsində hər iki tərəf təhlükəli hücumlar təşkil etsə də, hesab dəyişməyib. Beləliklə, minimal hesablı qələbə qazanan Türkiyə millisi pley-off mərhələsinin finalına vəsiqə əldə edib.
Türkiyə yığmasının finaldakı rəqibi Slovakiya – Kosovo cütünün qalibi olacaq. Həlledici qarşılaşma martın 31-də səfərdə keçiriləcək.