Yazını böyüt
Yazını kiçilt
Bu gün DÇ-2026-ya vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start verilib.
Hafta.az xəbər verir ki, pley-off mərhələsinin yarımfinal oyunları çərçivəsində Türkiyə öz meydanında Rumıniya yığması ilə qarşılaşıb.
Oyun Türkiyə millisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 54-cü dəqiqədə Fərdi Kadıoğlu vurub.
Türkiyə millisi finalda Slovakiya-Kosovo duelinin güclüsü ilə üz-üzə gələcək.
Yarımfinal və final qarşılaşmaları bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.