Bakı. Trend:
Martın 26-da axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsiərazisində münaqişə zəminində silahlı insident baş verib.
DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, 1959-cu il təvəllüdlü CavanşirMuradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini,1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib.Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirovtüfəngdən açılan atəş nəticəsində ölüb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradovsaxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.