AZ

Türkiyə millisi Rumıniya yığmasına qarşı

Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün futbol üzrə dünya çempionatına vəsiqə uğrunda Avropa zonasında pley-off oyunlarına start veriləcək.

"Unikal" xəbər verir ki, gecənin ilk matçı İstanbulda Türkiyə və Rumıniya yığmaları arasında keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Bu cütün qalibi finalda Slovakiya - Kosovo duelinin güclüsü ilə üz-üzə gələcək.

Avropa zonası üzrə pley-off oyunlarından sonra ümumilikdə 4 milli komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcək. Həlledici oyunlar martın 31-də təşkil olunacaq.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Yarımfinal

A yolu

23:45. İtaliya - Şimali İrlandiya

23.45. Uels - Bosniya və Herseqovina

B yolu

23:45. Ukrayna - İsveç

24:45. Polşa - Albaniya

C yolu

21:00. Türkiyə - Rumıniya

23:45. Slovakiya - Kosovo

D yolu

23:45. Danimarka - Şimali Makedoniya

23:45. Çexiya - İrlandiya

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Mundialda ilk dəfə 48 komanda mübarizə aparacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
36
unikal.az

10Mənbələr