AZ

Sabah hava necə olacaq? –PROQNOZ

Martın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 7-9°, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunu, nisbi rütubət isə 80-90 % təşkil edəcək. 

 

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Gecə və axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-11°, gündüz 15-20°, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacaq.

Seçilən
29
49
senzor.az

10Mənbələr