AZ

ABŞ-da hindu nazir təyin edildi

ABŞ Senatı Markveyn Mallini ABŞ-ın yeni daxili təhlükəsizlik naziri vəzifəsinə təsdiqləyib.

Musavat.com xəbər verir ki, Mallinin namizədliyini 54 senator dəstəkləyib, 45 senator isə əleyhinə çıxıb. Onun yuxarı palatada təsdiqlənməsi üçün sadə səs çoxluğu tələb olunub.

ABŞ prezidenti Donald Tramp Mallinin namizədliyini martın 5-də elan edib. O, Kristi Noemi daxili təhlükəsizlik naziri vəzifəsindən azad edib.

48 yaşlı Mallin Oklahoma ştatından Senatın üzvüdür. O, Çeroki hindularındandır və prezidentin kabinetində yerli Amerika xalqını təmsil edən ikinci üzv olacaq.

 Musavat.com

Seçilən
32
4
musavat.com

10Mənbələr