AZ

Tramp Hörmüz boğazının çox tezliklə açılacağını bildirib

Vaşinqton, 23 mart, AZƏRTAC

ABŞ Prezident Donald Tramp Hörmüz boğazının çox tezliklə açılacağını bildirib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, CNN-ə müsahibəsində deyib. Əlavə edib ki, vacib gəmiçilik yolunun ABŞ və İranın birgə nəzarəti altında olmasını istəyir.

O çox ciddi rejim dəyişikliyi olacağını da deyib. “Biz çox ağlabatan, çox möhkəm hesab etdiyim bəzi insanlarla işləyirik. İçəridəki insanlar kim olduqlarını bilirlər. Onlara çox hörmət edirlər və bəlkə də onlardan biri tam olaraq axtardığımız şəxs olacaq”,-deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
78
24
azertag.az

10Mənbələr