Bakı, 21 mart, AZƏRTAC
İngiltərə Premyer Liqasında 31-ci turun oyunları davam edir.
AZƏRTAC xəbər verir ki, "Liverpul" səfərdə "Brayton"un qonağı olub. Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hazırda Mersisayd klubu 49 xalla beşinci pillədə qərarlaşıb. "Brayton" isə 43 xalla səkkizinci yerdədir.
Müxbir - Cavid Əliyev