Bakı, 21 mart, AZƏRTAC
Martın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 9 tüfəng, 1 patron darağı və 117 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.