Bakı.Trend:
Bayram günlərində - martın 20-22-də ölkə ərazisində gözlənilənhava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, Bakıda vəAbşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, gündüz bəzi yerlərdə yağış yağacağıgözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-şərqküləyi əsəcək.
Havanın temperaturu gecə 6-8, gündüz 10-14 dərəcə isti olacaq.
Martın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdəzəif duman olacaq, cənub-qərb küləyi gündüz şimal-şərq küləyi iləəvəz olunacaq. Havanın temperaturu gecə 6-8, gündüz 12-17 dərəcəisti təşkil edəcək.
Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabirtutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyiəsəcək.
Havanın temperaturu gecə 6-8, gündüz 11-16 dərəcə istiolacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda martın20-21-də hava şəraitinin arabir yağıntılı olacağı, dağlıqərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntılarınintensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.22-də isə hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq,mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə isti, dağlıq ərazilərdə 3dərəcəyədək şaxta, gündüz 10-15 dərəcə isti olacaq.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçininDaşkəsən-Gədəbəy, Göygöldə martın 20-də hava şəraitinin arabiryağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdəyağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, doludüşəcəyi ehtimalı var. 21-i səhərdən 22-si gündüzədək yağıntıdafasilə olacaq. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 14dərəcə isti təşkil edəcək.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilandamartın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivolacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 21-i səhərdən22-si gündüzədək yağıntıda fasilə olacaq. Arabir duman olacaq,mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5, gündüz 5-10, bəzi yerlərdə 14 dərəcəisti təşkil edəcək.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz,Naftalanda
martın 20-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağıgözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivolacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. 21-i səhərdən22-si axşamadək yağıntıda fasilə olacaq. Arabir duman olacaq,mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 10-15, martin 22-də bəziyerlərdə 20 dərəcə isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda martın 20-dəhava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı,dolu düşəcəyi ehtimalı var. 21-22-də əksər rayonlarda hava əsasənyağmursuz keçəcək. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək,arabir güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 10-15,22-də bəzi yerlərdə 20 dərəcə isti təşkil edəcək.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan,Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan,Hacıqabul, Zərdab, Salyan, Neftçalada martın 20-də hava şəraitininarabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntınınintensiv olacağı, şimşək çaxacağı ehtimalı var. 21-22-də isəhavanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq,mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10, gündüz 11-16, 22-də bəzi yerlərdə 20dərəcə isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabaddamartın 20-də arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdəyağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyiehtimalı var. 21-22-də isə əksər rayonlarda hava əsasən yağmursuzkeçəcək. Arabir duman olacaq, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-10, gündüz 12-17, dağlarda gecə 3-6,gündüz 6-8 dərəcə isti təşkil edəcək.