Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulur.
QOL.az xəbər verir ki, bu gün mərhələnin daha 4 oyunu keçiriləcək və bununla da bwtwn 1/4 finalçılar müəyyənləşəcək.
Türkiyə təmsilçisi "Qalatasaray" İstanbulda qalib gəldiyi (1:0) "Liverpul"la bu dəfə səfərdə üz-üzə gələcək. "Barselona" "Nyuykasl"ı, "Bavariya" "Atalanta"nı, "Tottenhem" isə "Atletiko"nu qəbul edəcək.
Xatırladaq ki, artıq "Real", "Sportinq", PSJ və "Arsenal" 1/4 finala adlayıb.
18 mart
UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları
21:45. "Barselona" (İspaniya) - "Nyukasl" (İngiltərə)
İlk oyun - 1:1
00:00. "Liverpul" (İngiltərə) - "Qalatasaray" (Türkiyə)
İlk oyun - 0:1
00:00. "Bavariya" (Almaniya) - "Atalanta" (İtaliya)
İlk oyun - 6:1
00:00. "Tottenhem" (İngiltərə) - "Atletiko" (İspaniya)
İlk oyun - 2:5
17 mart
"Sportinq" (Portuqaliya) - "Budo-Qlimt" (Norveç) - 5:0
İlk oyun - 0:3
"Arsenal" (İngiltərə) - "Bayer" (Almaniya) - 2:0
İlk oyun - 1:1
"Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 0:3
İlk oyun - 2:5
"Mançester Siti" (İngiltərə) - "Real" (İspaniya) - 1:2
İlk oyun - 0:3