Tbilisi, 18 mart, AZƏRTAC
Gürcüstanda milli matəm günü elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.
Bildirilir ki, hökumətin qərarı ilə ölkə daxilində inzibati binalarda dövlət bayraqları yarıya endiriləcək.
Məlumat üçün bildirək ki, martın 17-də Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya 93 yaşında vəfat edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi