AZ

Növbəti köç karvanı Xocavəndə çatdı

Bu gün növbəti köç karvanı ilə Xocavənd rayonunun Xocavənd kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.Metbuat.az xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə olmaqla, 36 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Seçilən
21
1
metbuat.az

10Mənbələr