AZ

Azərbaycanda 9 milyon manatlıq internet provayderinin kapitalı azaldılır

"Aznet Technologies" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı azaldılır.

Day.Az xəbər verir ki, bu barədə MMC özü elan edib.

Bildirilib ki, "Aznet Technologies" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı 6 milyon 3,836 min manat həcmində azaldılaraq 3 milyon 96,154 min manat manat müəyyən edilir. Buna qədər isə şirkətin nizamnamə kapitalı 9 milyon 99,99 min manat idi.

 

Qeyd edilib ki, kreditorlar tələblərini şirkətin hüquqi ünvanına göndərə bilərlər.

Sözügedən internet provayder 2023-cü ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Heydərov Kamran Avtandil oğludur.

Seçilən
38
50
day.az

10Mənbələr