AZ

Tramp Britaniya və digər ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün gəmilər göndərməyə çağırır

ABŞ Prezidenti Donald Tramp bir çox ölkənin Hörmüz boğazını açıq saxlamaq üçün hərbi gəmilər göndərəcəyini bildirib.

APA xəbər verir ki, o, bu barədə“Truth Social” hesabındakı paylaşımında yazıb.

“Bir çox ölkələr, xüsusən də İranın Hörmüz boğazını bağlamaq cəhdindən təsirlənənlər, boğazı açıq və təhlükəsiz saxlamaq üçün ABŞ ilə birlikdə hərbi gəmilər göndərəcəklər”, - Ağ Ev lideri qeyd edib.

O, eyni zamanda Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələri təhlükəsiz keçidi təmin etmək üçün oraya hərbi gəmilər göndərməyə çağırıb.

Tramp ABŞ-ın Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün İranın sahil xəttini bombalamağa davam edəcəyini vurğulayıb.

“Bu vaxt ərzində ABŞ sahil xəttini bombalayacaq və İran qayıqlarını və gəmilərini sudan davamlı olaraq atəşə tutacaq. Bu və ya digər şəkildə, tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik!”, - o əlavə edib.

Tramp ABŞ-ın Hörmüz boğazında İranın hərbi potensialının 100%-ni məhv edildiyini bildirib.

Seçilən
38
15
apa.az

10Mənbələr