AZ

Bu agentlik ləğv edildi

Yazını böyüt
Yazını kiçilt
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxs ləğv edilib.
 
Hafta.az xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.
 
Fərmana görə, Naxçıvan Nazirlər Kabineti iki ay müddətində Ali Məclis sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etməlidir.
 
Həmçinin Naxçıvan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi" publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Mülki Məcəlləsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edəcək./trend/
Seçilən
3
29
hafta.az

10Mənbələr