İraq tankerləri Hörmüz boğazından sərbəst və təhlükəsiz şəkildə keçə bilərlər.
Musavat.com xəbər verir ki, bu iddia ilə İranın Bağdaddakı səfiri Məhəmməd Kazem əs-Sadiq çıxış edib. Onun sözlərini Baghad Today xəbər portalı yayıb: "İraq tankerləri Hörmüz boğazından keçə bilərlər."
Əs-Sadiqin açıqlamasından bir gün əvvəl Bəsrə yaxınlığındakı İraq ərazi sularında iki tankerə hücum edilib və nəticədə böyük yanğın baş verib. Daha sonra İraq Limanları İdarəsi ölkənin dəniz limanlarında neft terminallarında əməliyyatların dayandırıldığını elan edib.
Bundan əlavə, İraqın və dünyanın ən böyük neft yatağı olan “Məcnun”a son 2 gündəı 3 dəfə dron hücumu olub.
Musavat.com