AZ

Dünyanın ən zəngin rejissoru o oldu

Amerikalı rejissor və prodüser Stiven Spilberq 2025-ci ilin ən varlı məşhurları siyahısına başçılıq edib.

"Unikal" xəbər verir ki, bu  barədə "Forbes" jurnalı məlumat yayıb. 

Nəşrin məlumatına görə, onun sərvəti 7,1 milyard dollardır. Qeyd olunur ki, rejissor hələ də "Jaws", "Jurassic Park" və "Indiana Jones" kimi blokbaster filmləri sayəsində Universal tematik parklarında satılan hər biletdən pay alır.

Bundan əlavə, may ayında Spilberq yeni elmi-fantastik triller "Discovery Day" filmini təqdim edəcək.

Gülayə Mecid

Seçilən
36
unikal.az

1Mənbələr