AZ

Temperatur artır: 10-14 dərəcə isti olacaq

Martın 13-də Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava proqnozu açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin müşahidə olunacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2–5° isti, gündüz 7–10° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70–75 %, gündüz 60–65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2–6° isti, gündüz 9–14° isti, dağlarda gecə 5–10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz olacaq, arabir duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0–5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 8–13° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli və Ağdamda, həmçinin Daşkəsən, Gədəbəy və Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0–5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 3–8° isti olacaq.

Şərqi Zəngəzur iqtisadi rayonunda – Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilanda hava əsasən yağmursuz olacaq. Arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0–4° isti, dağlıq ərazilərdə 8–11° şaxta, gündüz 4–9° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalanda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2–5° isti, gündüz 8–13° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0–4° isti, gündüz 7–11° isti, dağlarda gecə 5–10° şaxta, gündüz 0–5° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçalada hava əsasən yağmursuz olacaq. Arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2–6° isti, gündüz 9–14° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabadda hava əsasən yağmursuz olacaq. Arabir duman müşahidə olunacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2–5° isti, gündüz 9–12° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 3–8° isti olacaq.


Telegram kanalımız
Seçilən
110
49
yenisabah.az

10Mənbələr