AZ

Avropa çempionatı: Daha 3 güləşçimiz finala yüksəldi

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir.

Publika.az xəbər verir ki, Azərbaycan təmsilçiləri Ceyhun Allahverdiyev (61 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Yusif Dursunov (125 kq) finala yüksəliblər. Ağanəzər Novruzov (74) kiloqram) ilə Vasif Xudiyev (86 kiloqram) bürünc medal uğrunda mübarizə aparacaqlar.

Ötən gün Vasif Bağırov (57 kiloqram) və Səbuhi Əmiraslanov (79 kiloqram) adlarını finala yazdırıblar. Musa Ağayev (65 kiloqram) ilə Zəfər Əliyev (97 kiloqram) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kiloqram) isə təsəlliverici görüşə çıxacaq.

Seçilən
6
34
publika.az

10Mənbələr