AZ

“Kəpəz” ölkə kubokunda 35-ci məğlubiyyətinə üzüldü – ARENA.AZ

Azərbaycan Kubokunun 1/4 finalında “Turan Tovuz”a uduzaraq mübarizəni dayandırmış “Kəpəz” bu turnirdə 35-ci məğlubiyyətini alıb.

Arena.az xəbər verir ki, bu, turnirin 2025/2026-cı illər mövsümünün 1/4 final mərhələsinin “Turan Tovuz”la cavab görüşünə təsadüf edib.

Qərb derbisində qeydə alınmış 0:2 hesablı yenilgi Gəncə klubu üçün kubokda 35-ci olub. “Kəpəz” 114-cü matçında bu qədər məğlubiyət alıb. Gəncə təmsilçisi evdə 16, səfərdə 19 dəfə uduzub.

Qeyd edək ki, Azərbaycan Kubokunda yalnız “Neftçi” (43) və MOİK (42) Gəncə təmsilçisindən daha çox məğlub olub.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında da 2025/2026-cı illər mövsümünü uğursuz keçirən Gəncə klubu elitada qalmaq uğrunda mübarizə aparır. Azər Bağırovun rəhbərlik etdiyi komanda keçirdiyi 22 oyunda 16 xal toplayıb və 12 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Bu kollektiv 4 qələbə qazanıb, 4 heç-heçə edib və 14 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
68
10
arena.az

10Mənbələr