AZ

“Sabah” səfərdə 25-ci kubok qoluna sevindi – ARENA.AZ

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Sabah” klubu üçün əlamətdar olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.

Belə ki, “Qəbələ” ilə cavab oyununda (3:3, pen. 4:2) vurulmuş ilk qol “bayquşlar” üçün yubiley xarakteri daşıyıb. Bakı klubu turnirdə 25-ci səfər qoluna sevinib. Bu topu rəqib qapısından Timoteuş Puxaç keçirib.

Paytaxt təmsilçisi buna 13-cü matçında nail olub. Sözügedən kollektiv ölkə kubokunda rəqib meydanlarında 25 və ya daha çox qol vuran 15-ci komandadır.

Qol sayını 27-yə çatdırmış “Sabah”ın orta məhsuldarlığı 2,07-yə bərabərdir. Bu, ən azı 3 səfər oyununa çıxan komandalar arasında ən yüksək göstəricidir.

Qeyd edək ki, “bayquşlar” kubokdakı ilk səfər qolunu 2018/2019-cu illər mövsümündə 1/8 finalın “Ağsu” ilə qarşılaşmasında vurublar – 3:0.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
62
11
arena.az

10Mənbələr