AZ

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir -FOTO

İrandan gün ərzində müxtəlif ölkələrin vətəndaşlarının təxliyəsi davam edib.

 

Senzor.az bildirir ki, Azərbaycan, Çin, Slovakiya, Rusiya, Pakistan, Türkiyə, Tacikistan, Özbəkistan, Cənubi Afrika, Gürcüstan, Oman və Belarus vətəndaşlarının “Astara” dövlət sərhəd buraxılış məntəqəsindən keçidi təmin olunub.

 

Təxliyə olunan şəxslər sərhəd-keçid məntəqəsində sənədlərinin yoxlanılması və qeydiyyat prosedurlarından keçdikdən sonra təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

 

Diplomatik korpus nümayəndələrinin keçidi isə beynəlxalq normalara uyğun olaraq, xüsusi müşayiət və nəzarət altında təşkil edilib.

 

Qeyd edək ki, fevralın 28-i saat 08:00-dan martın 3-ü saat 18:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 917 nəfər təxliyə edilib.

 

Təxliyə olunanların 204-ü Azərbaycan vətəndaşıdır.

 

Bundan başqa 278 Çin, 127 Rusiya, 99 Tacikistan, 76 Pakistan, 43 Oman, 18 Səudiyyə Ərəbistanı, 7 Gürcüstan, 6 BƏƏ, 6 Slovakiya, 6 Belarus, 5 Serbiya, 4 İordaniya, 4 İsveçrə, 3 Qətər, 3 Banqladeş, 3 Özbəkistan, 3 İran, 3 Meksika, 2 Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Özbəkistan, 2 Türkiyə, 2 Yəmən vətəndaşı, eyni zamanda, İtaliya, Polşa, Tunis, Livan, Hindistan, Braziliya və Britaniyadan hər biri 1 nəfər olmaqla xarici vətəndaş təxliyə edilib. 

Seçilən
4
25
senzor.az

10Mənbələr