AZ

Tramp: “İranda hazırda kim rəhbərlik edir, bunu onlar özləri də....

ABŞ prezidenti Donald Tramp İran rəhbərliyi ilə bağlı diqqətçəkən açıqlama verib. Musavat.com xəbər verir ki, Tramp hazırda İranda kimin ölkəyə rəhbərlik etdiyini dəqiq bilmədiklərini deyib.

“Biz bilmirik ki, indi ölkəyə kim rəhbərlik edir. Onların kimi seçəcəyini də bilmirik”, – deyə ABŞ prezidenti bildirib.

Tramp əlavə edib ki, ilk zərbələr nəticəsində İran rəhbərliyində ciddi itkilər olub. Onun sözlərinə görə, “qırx doqquz nəfər” rəhbər heyət nümayəndəsi zərərsizləşdirilib. “Bu, möhtəşəm bir zərbə idi”, – deyə o vurğulayıb.

ABŞ lideri iddia edib ki, İran rəhbərləri bir yerə toplaşaraq özlərini təhlükəsiz hesab ediblər: “Onlar bir az lovğalanmışdılar. Düşünürdülər ki, onları tapmaq mümkün deyil. Amma belə olmadı”.

“Onlar indi özlərinə kimin rəhbərlik etdiyini belə bilmirlər”, – deyə Tramp əlavə edib.

Musavat.com

Seçilən
2
50
musavat.com

10Mənbələr