ABŞ və İsrail tərəfindən İrana endirilən zərbələr nəticəsində azı 555 nəfər həyatını itirib. Hücumların müxtəlif bölgələri əhatə etdiyi və itkilərin sayının artmasının istisna olunmadığı bildirilir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb. Məlumata görə, hücumlar nəticəsində yüzlərlə insan həlak olub, çoxsaylı yaralı var və axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Rəsmi qurumlar dağıntıların miqyasının hələ tam müəyyənləşdirilmədiyini, ölənlərin sayının arta biləcəyini qeyd ediblər. Hadisə ilə bağlı əlavə məlumatların yaxın vaxtlarda açıqlanacağı gözlənilir.