AZ

SEPAH: ABŞ-nin regiondakı obyektləri İranın qanuni hədəfləridir - YENİLƏNİB

ABŞ-nin Yaxın Şərq regionundakı bütün obyektləri İran ordusu üçün qanuni hədəflər sayılır.

"Report"un məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.

Bəyanatda İranın hərbi əməliyyatının hədəflər tamamilə məhv edilənə qədər davam edəcəyi bildirilib.

"İsrailin və ABŞ-nin Yaxın Şərqdəki bütün hərbi hədəfləri İran raketlərinin güclü zərbələri ilə vurulub, ABŞ-nin regiondakı bütün obyektləri İran ordusu üçün qanuni hədəflər sayılır", - bəyanatda qeyd olunub.

İran öz ərazisinə edilən hücuma yaxın saatlarda cavab verəcək.

"Report" xəbər verir ki, bu barədə KİV İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığına istinadən məlumat yayıb.

SEPAH əməliyyatı "Daşqının sonu" adlandırıb.

Seçilən
27
8
korrespondent.az

10Mənbələr