AZ

27 fevrala gözlənən hava: Bakıya yağış, rayonlara qar yağacaq

27 fevrala gözlənən hava: Bakıya yağış, rayonlara qar yağacaq

Fevralın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə havanın az çiskinli, axşam isə yağıntılı olacağı, gecəyə doğru yağıntının intensivləşəcəyi ehtimalı var.

Şimal-şərq küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 75-85% təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda gecə 3-6° isti, gündüz 6-10° isti, dağlarda isə gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Seçilən
0
49
afn.az

10Mənbələr