Bu gün şahmat üzrə qadınların yarışında qalib və mükafatçılar məlum olub.
Hit.az xəbər verir ki, üçüncü yer uğrunda görüşdə Gülnar Məmmədova Türkan Məmmədyarovanı üstələyib 1,5-0,5. Final görüşündə isə Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevanı məğlub edib.
Tay-brekdə 1,5-0,5 hesablı qələbə qazanan Ülviyyə Fətəliyeva karyerasında ilk dəfə Azərbaycan çempionu olub.