Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında fevralın 23-də müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, fevralın 23-də gecə və səhər saatlarında bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.